Toydan qayıdanlar dəhşətli qəzaya düşdü - ölənlər və yaralılar var - FOTO

Tovuz rayonunda üç maşının toqquşması nəticəsində xəsarət alan və ölənlərin adları məlum olub. Qəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətələri alıblar. Onlar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər isə Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və Mustafayeva Nailə Yolçu qızıdır.
***
Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Qəza zamanı "VAZ 21011", "Daewoo Nexia" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsünün hadisə yerində dünyasını dəyişdiyi, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Zəncirvari avtomobil qəzası zamanı ölən şəxs Tovuz rayon sakini, Müzəffər İlqar oğlu Hüseynzadədir. Onun tələbə olduğu bildirilir. Qəza nəticəsində xəsarət alanlardan 2 nəfərin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, qəza toy mərasimindən qayıdan zaman baş verib.
Faktla bağlı araşdırma aparılır
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO














