“Toyota” “Mercedes”lə toqquşdu: 2 ölü, 13 yaralı - FOTO

Rusiyanın Amur əyalətində sərnişin mikroavtobusunun və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 30-u günorta saatlarında Şimanovsk rayonunun “Amur” federal trasının 1380-cı kilometrliyində qeydə alınıb. Bu barədə DİN regional idarəsi məlumat yayıb.
Məlumata görə, “Toyota Camry” markalı avtomobilin sürücüsü güclü yağış səbəbindən sükan idarəetməsini itirərək qarşı yola çıxıb və “Mercedes” markalı reys mikroavtobusu ilə toqquşub.
Nəticədə “Toyota”nın sürücüsü və sərnişini hadisə yerində ölüb, daha 2 nəfər – həmçinin mikroavtobusda ikisi uşaq olmaqla 10 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Namiq Musayev

Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO












