“Turkish Airlines” aviaşirkətinə məxsus təyyarənin təkəri qırıldı - VİDEO

“Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Ukraynanın Odessa beynəlxalq hava limanına qəza enişi edib. Avtosfer.az xəbər verir ki, təyyarədəki nasazlıq səbəbindən aeroportda uçuşlar bir saat yarım təxirə salınıb. Bu barədə “Dumskaya” nəşri məlumat yayıb.
Məlumata görə, İstanbul-Odessa marşrutu ilə uçan “Boeing 737” təyyarəsi zolağa eniş etdiyi zaman ön şassi sınıb. Təkərini itirmiş hava gəmisi 3-cü 4-cü uçuş-eniş zolağının ortasında dayanıb. Pilot sərnişinləri təcili hava trapından təxliyə edib. Nəticədə xəsarət alan olmayıb.
Nəşrin yazdığına görə, pilot şiddətli külək səbəbindən təyyarəni birinci dəfədə endirə bilməyib, ikinci dövrədən sonra enişi həyata keçirib.
Aeroportdan bildiriblər ki, hazırda hava limanı ştat rejimində çalışır.
Namiq Musayev
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB











