Ucarda qəzaya uğrayan minik avtomobili yandı - FOTO - VİDEO - YENİLƏNİB

Ucarda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir kİ, Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov məlumat verib.
O bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb:
"Avqustun 6-sı saat 06:30-da Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisindən keçən 231.6 kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan sürücü 2003-cü il təvəllüdlü Balakən rayon sakini Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi 77-QT-804 dövlət nömrə nişanlı "Ford Focus" markalı avtomobil ilə 1994-cü il təvəllüdlü Ağcabədi rayon sakini Fərrux Bəhram oğlu Hüseynlinin idarə etdiyi 50-FG-573 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.
Daha sonra "Ford Focus" markalı avtomobil idarəetməni itirərək beton ara kəsməyə dəyib və nəqliyyat vasitəsində alışma baş verib.
Hadisə yerinə yaxınlaşan BDYPİ Yol Patrul xidmətinin əməkdaşları tərəfindən yanğınsöndürən balon ilə yanğından müdafiə tədbirləri görülüb. Əraziyə gəlmiş FHN yanğın söndürən briqadası tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb, avtomobil yanaraq yararsız hala düşüb".
***09:12
Ucarda toqquşan iki avtomobildən biri yanaraq sıradan istifadəyə yararsız hala düşüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Belə ki, Balakən rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Ford" anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
“Camry” ilə iki uşağı vurub qaçdı; polis meşədən tapdı - VİDEO
Azərbaycanlı Türkiyədə qəzaya düşdü; idarə etdiyi ATV uçuruma yuvarlandı - FOTO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil toqquşdu - VİDEO
Azərbaycanda yol qəzaları azalıb? – DİN son statistikanı açıqladı
Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” - VİDEO
Bu yolda qəzalar təkrarlanır: Bu dəfə “Mercedes”lə “Hyundai” toqquşdu - VİDEO
Göyçayda iki “VAZ” toqquşdu, sürücülərdən biri xəsarət aldı - VİDEO
Hava limanı yolunda ağır qəza: “BYD” yük maşını ilə toqquşdu - VİDEO
Sürücü düz yolunu getdiyi yerdə qarşıdakı maşına çırpıldı - VİDEO
Ucar sakini Qazaxıstanda yol qəzasında öldü - FOTO - YENİLƏNİB
Ağdərədə qəzada ölən ər-arvadın FOTOsu














