"VAZ dairəsi"ndə qəza: Betonqarışdıran maşın aşdı – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, maddi zərərlə nəticələnmiş sözügedən yol-nəqliyyat hadisəsi ötən gün saat 16:00 radələrində qeydə alınıb. Belə ki, Əli Heydərov idarə etdiyi 99 DC 515 dövlət qeydiyyat nişanlı "MAN" markalı avtomobillə Bakı-Quba avtomobil yolunun 16-cı kilometrində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil işıq dirəyinə dəyərək yolun hərəkət hissəsinə aşıb. Əraziyə dərhal YPX Alayının əməkdaşları cəlb olunub. Xüsusi texnikanın köməyi ilə aşan avtomobil yoldan götürülüb. Digər nəqliyyat vasitələrinun sərbəst hərəkəti bərpa olunub.
***
09:30
***
Bakı-Sumqayıt yolunda qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə VAZ dairəsi ərazisində baş verib.
77-DC-515 dövlət qeydiyyat nişanlı betonqarışdıran yük maşını aşıb.
Hadisə nəticəsində yaranan vəziyyət və qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur. Əlavə məlumat əldə olunduqca xəbər yenilənəcək.
Eltac
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












