“Volkswagen” sərnişin avtobusu ilə toqquşdu: 3 ölü, 42 yaralı - VİDEO

Rusiyanın Novorossisky əyalətində sərnişin avtobusunun və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 42 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə avqustun 7-si axşam saatlarında Novorossisky-Kerçensky avtomagistralının 16-cı kilometrliyində qeydə alınıb.
Məlumata görə, “Volkswagen Touareg” markalı minik avtomobili “Hyundai” markalı – Krasnodar-Novorossisky marşrutu ilə hərəkət edən reys avtobusu ilə toqquşub. Qəzanın şiddətindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq uçuruma yuvarlanıb.
Avtobusda və avtomobildə ümumilikdə 45 nəfər olub. Nəticədə avtomobildə “Volkswagen Touareg”də olan biri qadın, ikisi uşaq olmaqla 3 nəfər ölüb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
İnsidentlə bağlı cinayət işi açılıb.
Namiq Musayev
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO












