Yevlaxda maşın ağaca çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza ötən gecə Yevlax şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Kamran Orucov idarə etdiyi “VAZ” 2107 markalı 10 RL 646 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 27-si saat 01:50 radələrində 4 nəfər (hər biri kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, 3 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə stabildir.(qafqazinfo)

Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












