Zaqatalada ailə qəzaya düşdü - 4 nəfər xəsarət aldı

Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan eyni ailənin üzvləri – Zaqatala şəhər sakinləri, 1991-ci il təvəllüdlü Vasif Hacımurad oğlu Sultanov, 1985-ci il təvəllüdlü Səfa Səlim qızı Sultanova, 2017-ci il təvəllüdlü Ömər Vasif oğlu Sultanov və 2013-cü il təvəllüdlü Ayşə Vasif qızı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun II Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətlərinin yüngül olduğu müəyyən edilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












