Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ

Zaqatalada “VAZ 21099” markalı avtomobil ağaca çırpılıb, sürücü sükan arxasında yanaraq ölüb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinə girişdən keçən hissəsində baş verib.
Belə ki, Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi “VAZ21099” markalı 62-BM-725 qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə yol kənarındakı ağaca çırpılıb.
Qəzadan sonra avtomobil yanmağa başlayıb. Sürücü Ə. Mülkümov sükan arxasında qəza zamanı aldığı ağır xəsarətlərdən və avtomobildə baş verən yanğından yanaraq ölüb.
Avtomobil Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Ə. Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı müvafiq qrumlarda araşdırma aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












