Zaqatalada yeniyetmənin idarə etdiyi maşın aşdı: Yaralılar var - YENİLƏNİB

Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Yuxarı Tala kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (kişi) avqustun 14-də saat 03:00-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
2009-cu il təvəllüdlü şəxslərdən biri komatoz vəziyyətdədir, müalicəsi Reanimasiya şöbəsində, vəziyyəti stabil qiymətləndirilən digər şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər isə zəruri tibbi müdaxilələr olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:16
Zaqatalada minik avtomobili aşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı M.R.-nin idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə zananı sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan T.Ramazanovun vəziyyəti ağır, digər yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












