Zaqatalada yol qəzasında 5 nəfər xəsarət alıb - SİYAHI - FOTO

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saat 21: 30 radələrində Zaqatala-Qax avtomobil yolunda rayonun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olan, Lənkəran rayon sakini idarəetdiyi “Mitsubishi Pajero” markalı 90 SG 306 dövlət nömrə nişanlı minik avtomobili ilə Muxax kəndindən baş yola çıxan Zaqatala rayon sakini Zöhrab İsmayılovun idarəetdiyi “Hyundai” markalı 62 BG 565 dövlət nömrə nişanlı minik avtomobil ili toqquşub. Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinləri 2008-ci il təvəllüdlü Emin Rəşad oğlu Əlicanov, 2009-cu il təvəllüdlü Elman Rəşad oğlu Əlicanov, 2005-ci il təvəllüdlü Salman İstanbul oğlu Mirzəyev, sürücünün oğlu 2001-ci il təvəllüdlü İnam Zöhrab oğlu İsmayılov və “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişin, Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Yasir oğlu Əzimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Tibb müəssisəsindən APA-ya bildirilib ki, hazırda yaralıların xəsarət dərəcəsinin dəqiqləşdirilməsi üçün müayinələr aparılır.
Fakt polis tərəfindən araşdırılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO













