Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 30-da saat 16:40-da Zaqatala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (bir qadın, dörd kişi) Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Bir nəfərin vəziyyəti ağır stabil (kişi), digər dörd nəfərin vəziyyəti (bir qadın, üç kişi) isə stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib./oxu.az
***10:00
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, martın 30-da saat 16 radələrində 1987-ci il təvəllüdlü Zaqatala rayonunun Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanov idarə etdiyi VAZ-2101 markalı 08-BK-566 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində əks yolla hərəkətdə olan, 1977-ci il təvəllüdlü Samir Samid oğlu Yusifovun idarə etdiyi "Mercedes-Benz E-240" markalı 90-XR-566 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2101 markalı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Ülfət İsrafil oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Elvin İsmayıl oğlu Qurbanov və avtomobildə olan digər sərnişinlər 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov, 2009-cu il təvəllüdlü Loğman Natiq oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Səməd Yusif oğlu İbrahimov, "Mercedes-Benz E-240" markalı avtomobildə olmuş sərnişin 1976-cı il təvəllüdlü Natəvan Rəsul qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












