18 yaşına çatmayanlar nişanlanarsa... - Hansı cəza gözləyir?

Məlumdur ki, 18 yaşına çatmayan şəxslə evlənmək ölkəmizdə cinayət sayılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bəs, 18 yaşına çatmayan yeniyetməni "nişanlamaq” hüquqi məsuliyyət yaradırmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmov deyib ki, nikah yaşına çatmayan şəxslərlə əlaqədar erkən evlilik xarakterli mərasimlərin təşkili və keçirilməsi qanunvericiliklə məsuliyyət yaradır:
"Belə halda məcburetmə faktı mövcud olmalıdır. Əks təqdirdə nişan qeyri-rəsmi razılaşma olduğundan qanunvericilikdə cinayət və ya inzibati xəta kimi qiymətləndirilmir. Yəni nişan erkən evlilik anlayışına daxil deyil. Bu iki ailə arasında qeyri-rəsmi razılaşma və ya söhbətdir. Yəni tərəflər gələcək niyyətlərini bəyan edirlər. Ola bilsin ki, toy və rəsmi nikah mərasimi bir neçə il sonra baş tutsun. Nəzərə alaq ki, nişan mərasimləri əsasən ailə daxilində və ev şəraitində qeyd edilir. Nişan restoranlarda çox az qeyd edilir. Ən əsası nişanlanmada əgər məcburetmə yoxdursa, məsuliyyət məsələsi də gündəmə gəlmir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












