2027-ci il üçün əsas hədəf bəlli oldu – Əhalini gözləyən “sürpriz”

Azərbaycanda 2027-ci ildən vergi sistemində bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Yeni vergi qaydaları əməkhaqqı, kirayə gəlirləri, kənd təsərrüfatı, taksi, kuryer fəaliyyəti, restoranlar, gözəllik salonları və digər sahələri əhatə edir. Təkliflər arasında bəzi yeni vergilərin tətbiqi, mövcud güzəştlərin dəyişdirilməsi də var.
Təklif olunan vergi dəyişiklikləri və yeni vergi ödənişləri vətəndaşların gündəlik xərclərinə, sahibkarların fəaliyyətinə necə təsir göstərəcək? Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərini artırmaqla yanaşı, qiymət artımına və sahibkarlıq fəaliyyətinin zəifləməsinə səbəb ola bilərmi?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, istənilən halda vergilərin, rüsumların və digər ödənişlərin artırılması qiymət artımına səbəb olur:
“Heç bir sahibkar, biznes nümayəndəsi, taksi yaxud çatdırılma xidməti ilə məşğul olan şəxs artan vergi və rüsumları öz cibindən ödəmir. Bu, dünyanın hər yerində belədir. Ona görə də Azərbaycanda yeni vergi növlərinin tətbiqi də qiymət artımına təsir göstərən amilə çevriləcək. Hökumət üzvlərinin bu təklifləri irəli sürərkən məqsədlərini anlamaq mümkündür. Onlar vergiləri artırmaqla büdcədə yarana biləcək problemlərin qarşısını almağı və dövlət büdcəsinə daha çox vəsait cəlb etməyi düşünürlər. Lakin belə addımlar iqtisadi fəallığın zəifləməsinə səbəb olur”.
İqtisadçı bildirib ki, son dövrlərdə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) gözlənilən səviyyədə artmır:
“Halbuki hamımız iqtisadi artımın daha yüksək, ən azı qonşu ölkələrin göstəriciləri səviyyəsində olmasını gözləyirik. Təəssüf ki, əsas hədəfin büdcə daxilolmalarını artırmaq olması bəzən əks nəticələrə gətirib çıxarır və iqtisadi fəallıqla bağlı problemlər yaradır. İstənilən halda, vergilərin və rüsumların artırılması biznes üçün əlavə xərclər yaradır. Bu isə nəticədə vətəndaşların ödədiyi qiymətlərin üzərinə əlavə olunur”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












