Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO

Altıağac-Xızı yolunun təhlükəli vəziyyətdə olması sürücülərin nararahatlığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb. Qeyd olunub ki, yolun əksər hissəsi sıradan çıxıb. "Yol tamamilə dağılıb. Asfalt qatı sıradan çıxıb. O yolla hərəkət etmək risklidir, xüsusən də günün qaranlıq saatlarında", - deyə şikayətdə bildirilib. Oxu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.
O bildirib ki, sözügedən yol üzrə layihələndirmə işləri aparılır.
"Cari ilin mart-aprel aylarında müşahidə olunan intensiv yağışlar nəticəsində Bakı şəhərində və respublikanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, bunun nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib. Sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Xızı-Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanılıb. Xızı-Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir. Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına artıq start verilib", - deyə A.Nəcəfli bildirib.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












