AMEA-nın alimləri nə qədər maaş alır? - MƏBLƏĞ

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb. Avtosfer.az Mətbuat.az-a istinadən xəbər verir ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Alimləri tənqid edən, hətta onlara lağ edənlərlə yanaşı, elm adamlarına qahmar çıxan, onların tərəfini tutanlar da olub. Həmin şəxslər Azərbaycanda alimlərin məvacibinin aşağı olduğunu əsas gətirərək, onların iclasda yatmağına haqq qazandırıblar. Apardığımız araşdırma zamanı məlum olub ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin (akademiklər) aylıq rütbə maaşı təxminən 2000 manatdır. Bu məbləğ 2018-ci ilin oktyabrında Prezident sərəncamı ilə müəyyən olunub. AMEA-nın müxbir üzvlərinə aylıq rütbə maaş isə təxminən 1200 manatdır.
Qeyd edək ki, bu rütbə maaşıdır, yəni həmin akademik statusuna görə verilən məbləğdir. Bu kateqoriyaya aid olan insanların bəziləri başqa dövlət vəzifələri, elmi institut rəhbəri və s. kimi əlavə maaşlar da alırlar.
AMEA-nın institutlarında çalışan alim və işçilərin vəzifə maaşı isə təxminən belədir:
Kiçik elmi işçi - 650 manat
Elmi işçi - 675 manat
Böyük elmi işçi - 700 manat
Aparıcı elmi işçi - 730 manat
Baş elmi işçi / şöbə müdiri - 760 manat.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












