Aprel ayında Azərbaycana hava sürprizi - Ciddi risk var?

Aprel ayı olmasına baxmayaraq, Azərbaycanın bəzi ərazilərinə – Daşkəsən, Gədəbəy və Tovuza qar yağıb. Bu, xüsusilə kənd təsərrüfatında müəyyən problemlərin yaranması ehtimalını gündəmə gətirib. Bildirilir ki, vaxtsız qar səbəbindən əkilən məhsullar tələf ola bilər.
Yaz aylarında qar yağmasının hansı zərərləri var?
Avtosfer.az xəbər verir ki, bu barədə "Globalinfo"ya kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev danışıb. O deyib ki, şaxta məhsula ziyan vura bilər:
“Son 10 gün ərzində yağan yağışlar intensiv olsa da, davamlı xarakter daşımayıb. Yağıntılar 2-3 gün davam edib, daha sonra fasilələrlə müşahidə olunub. Bu isə əkin sahələrinə ümumilikdə müsbət təsir göstərib. Lakin bu gündən etibarən yağışla yanaşı qarın yağması müəyyən risklər yarada bilər. Bitkilərin inkişafı konkret temperatur həddindən asılıdır. Məsələn, 10 dərəcə bioloji sıfır hesab olunur və bu, inkişafın minimum həddidir. Temperatur sıfıra yaxınlaşdıqda, xüsusilə bəzi ərazilərdə qarın yağması fonunda aşağı temperatur bitkilərə zərər vura bilər”.
Mütəxəssis bildirib ki, şaxta bitkilərin inkişafını ləngidir:
“Bu vəziyyət uzun müddət davam edərsə, çiçəklərin donması və mayalanma prosesinin pozulması kimi problemlər yarana bilər ki, bu da məhsuldarlıq üçün ciddi risk deməkdir. Lakin hazırkı mərhələdə məhsulun tamamilə məhv olacağını demək mümkün deyil. Elə olub ki, çiçəklərin üzərinə qar yağmasına baxmayaraq, mayalanma prosesi artıq başa çatdığı üçün nəticədə yaxşı məhsul əldə edilib. Ümumilikdə isə temperaturun düşməsi bitkilərin inkişafına mənfi təsir göstərir və bu da dolayısı ilə məhsuldarlıq riskini artırır”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












