Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI

Azərbaycanda qeyri-neft-qaz ixracında artım müşahidə olunur. İxrac həcmlərinin genişlənməsi ölkədə istehsalın, məhsul təklifinin və daxili bazardakı qiymətlərin dinamikasına da təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, qeyri-neft sektorunda ixracın artmasının yerli istehsala və əhalinin gəlirlərinə necə təsir edəcəyi diqqət çəkir.
Bəs ixracın artması daxili bazarda qiymətlərə və məhsul təklifinə necə təsir göstərə bilər, yerli istehsalın genişlənməsi və bu artımın əhali üçün real iqtisadi faydasının hiss olunması hansı şərtlərdən asılıdır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-açıqlamasında bildirib ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna bir çox sahələr daxildir:

''Buraya xammal kimi neft və qazdan istifadə olunaraq istehsal edilən məhsullar da aid edilir. Heç də təsadüfi deyil ki, qeyri-neft-qaz sektorunun ixrac liderlərindən biri SOCAR-ın törəmə şirkətlərindən biridir.
Ona görə də qeyri-neft sektoru dedikdə yalnız xam neft və qaz nəzərdə tutulmur, onlardan əldə edilən və emal olunaraq istehsal edilən məhsullar da bu kateqoriyaya daxil edilir. Qeyri-neft-qaz sektorunda ixracın artması, təbii ki, müsbət haldır. Bu, ölkəyə daxil olan valyutanın həcmini artırır. Lakin yerli istehsalın artım tempi ixracdakı artımı tam qarşılaya bilmirsə, müəyyən problemlər yarana bilər. Aqrar sektorda məhsulların ixracı artdıqda daxili bazarda müəyyən çatışmazlıq yarana və nəticədə qiymətlər yüksələ bilər.
Ona görə də istehsalı elə səviyyədə artırmaq lazımdır ki, həm daxili bazarın tələbatını, həm də ixracı təmin etmək mümkün olsun. Bu baxımdan qarşıda görülməli işlər kifayət qədər çoxdur''.
Fatimə
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












