AQTA-dan heyvanlarla bağlı XƏBƏRDARLIQ

Payız-qış mövsümündə heyvanlar arasında xüsusi təhlükəli, zoonoz və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyindən (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə müxtəlif heyvanlar arasında xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə planlı epizootoloji monitorinqlər aparılır.
"Monitorinqlər zamanı təsərrüfatlara baxış keçirilir, klinik müşahidələr aparılır, laborator müayinələr üçün nümunələr götürülür. Həmçinin epizootoloji məlumatlar toplanaraq təhlil edilir və müvafiq göstəricilər elektron sistemdə qeydiyyata alınır. Heyvan sahibləri və təsərrüfat subyektləri arasında maarifləndirmə tədbirləri də həyata keçirilir",-deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, heyvanların identifikasiyası və qeydiyyatı xəstəliklərə qarşı profilaktik tədbirlərin daha effektiv aparılmasına imkan verir:
"AQTİS-də qeydiyyata alınan məlumatlar vasitəsilə heyvanların hərəkətini izləmək, riskli təsərrüfatları müəyyənləşdirmək, peyvəndləmə və digər baytarlıq tədbirlərini planlaşdırmaq mümkündür.
Xəstəlik halı qeydə alındıqda mənbənin və təmasda olmuş heyvanların operativ müəyyənləşdirilməsi də bu sistem vasitəsilə asanlaşır. Bununla yanaşı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında xaricdən yoluxucu heyvan xəstəliklərinin ölkəyə keçməsinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri aparılır.
Müvafiq tədbirlər ilboyu, o cümlədən payız-qış mövsümündə xəstəliklərin yayılma riskləri nəzərə alınmaqla davam etdirilir".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












