Artıq bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla aldıqları əsas təhsilin (əlavə təhsil istisna olmaqla) haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Avtosfer.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları dövrdə onların təhsil haqları dövlət vəsaiti hesabına qarşılanır.
Eyni zamanda bildirilib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsil üzrə sənədlərin verilməsi Qaydası”na uyğun olaraq yenidənhazırlanma, ikinci ali və orta ixtisas təhsili, yüksək texniki peşə təhsili, ixtisas dərəcələrinin artırılması və yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xərclər ya müvafiq təşkilat, ya da təhsil alan şəxsin özü tərəfindən ödənilir.
Beləliklə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə təhsil növləri də ödənişli hesab olunur və bu istiqamətdə dövlət büdcəsindən maliyyə ayrılması nəzərdə tutulmur.
Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanunda dəqiqləşdirici dəyişikliklərin edilməsi təklif olunur.
Könül Rauf
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza












