Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ

Autizm uşaqlıq dövründə ortaya çıxan və insanın ünsiyyət, davranış və sosial münasibətlərinə təsir edən bir inkişaf fərqliliyidir. Bu vəziyyət hər uşaqda fərqli şəkildə özünü göstərə bilər: bəzilərində nitq gecikməsi, digərlərində isə təkrarlanan davranışlar və ya sosial ünsiyyətdə çətinliklər müşahidə olunur.
Müasir dövrdə autizm haqqında məlumatlılıq getdikcə artır və valideynlər, müəllimlər və həkimlər bu sahəyə daha çox diqqət yetirirlər. Uşağın erkən yaşlardan düzgün şəkildə müşahidə olunması və dəstəklənməsi onun gələcək inkişafına birbaşa təsir edir.
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, əvvəllər belə hallar ya qeydə alınmır, ya da başqa səbəblərlə əlaqələndirilirdi:

“Son dövrlərdə autizm xəstəliyinin çox yayıldığı müşahidə olunur. Bəzən deyilir ki, bunun dəqiq səbəbi bilinmir. Tibb elmində də ümumiyyətlə qeyd olunur ki, autizmin yaranma səbəbi tam aydın deyil.Amma subyektiv fikir olaraq, bir araşdırmaçı psixoloq kimi düşünürəm ki, görəsən, konservləşdirilmiş qidalar buna səbəb ola bilərmi? Məsələn, hamilə qadınların çoxlu çips yeməsi buna təsir edə bilərmi? Axı bilmirik ki, qidaların uzun müddət saxlanılması üçün onların tərkibinə hansı maddələr əlavə olunur. Bəlkə də autizmli uşaqların yaranmasına səbəb olan amillərdən biri məhz bunlardır. Stress də təsir edən faktor ola bilər. Amma baxırıq ki, demək olar, hər ailədə müəyyən münaqişələr olur. Bəzi ailələrdə xırda məsələlər belə böyük mübahisələrə çevrilir, məsələn, gəlin-qaynana münasibətləri illərlə davam edən problemlərə səbəb olur. Lakin o dövrlərdə autizm bu qədər geniş yayılmamışdı. Əvvəllər isə bir ananın 5–6 uşağı olurdu, onlardan 4–5-i müxtəlif səbəblərdən həyatını itirirdi və yalnız biri sağ qalırdı. O zamanlar rezus konflikti, qan qruplarının uyğunsuzluğu kimi səbəblər hələ tam araşdırılmamışdı”.
Psixoloq deyib ki, aparılan tədqiqatlar bizə göstərir ki, ekoloji amillər də mühüm rol oynaya bilər:
“Şəhər mühitində sıxlıq artdıqca, sanki uşaqlarda müxtəlif xəstəliklərin, o cümlədən autizmin yaranma ehtimalı da artır. Çünki insanlar təmiz havadan və təbii qidalardan uzaqlaşır. Əvvəllər kənd məhsulları ilə bağlı müəyyən infeksiyalar riski olsa da, indi tam fərqli bir dövrdə yaşayırıq və bu risklərdən daha az qorxuruq. Bu gün autizmin yaranma səbəbləri tam dəqiqliklə müəyyən edilməsə də, bəzən insanlar müxtəlif ehtimallar irəli sürürlər. Digər tərəfdən, valideynlər üzərində yaranan psixoloji gərginlik də mühüm rol oynayır. Bəzən həkimlər tərəfindən verilən ilkin ehtimallar və ya qeyri-müəyyən diaqnozlar valideynləri ciddi stresə salır. Nəticədə, uşaqda autizm olmasa belə, valideyn artıq hər davranışda bunu görməyə başlayır. Məsələn, uşaq cəmi 3 aylıqdır, amma test nəticələri hələ çıxmayıb. Buna baxmayaraq, valideyn artıq narahatlıq içindədir və ən kiçik əlaməti belə xəstəlik kimi qəbul edir. Bu da psixosomatik təsirlərə səbəb olur. Beləliklə, bəzən biz insanlar da xəstəliklərin ağırlaşmasında və ya yanlış qəbul edilməsində rol oynayırıq. Bu gün autizmin yaranma səbəbləri tam məlum olmasa da, müxtəlif amillər – qidalanma, ekologiya, stress və sosial mühit – bu məsələyə dair fərziyyələrin yaranmasına səbəb olur”.
Nurcan Babək
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
Bayram öncəsi bazarlarda qiymətlər necədir? - VİDEO
“Bu şəxslər cəriməni hansı vəsait hesabına ödəyəcək?...” - Yeni cərimələr dalğası gəlir!
Bayrama görə bu şəxslərə 450 manat verildi










