Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın!

İyun ayında Avropada müşahidə olunan rekord istilər 27 ölkədə 10 650-dən çox insanın ölümünə səbəb olub. Bildirilir ki, həyatını itirənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Mütəxəssislərin fikrincə, ekstremal temperatur ürək-damar, eləcə də tənəffüs sistemi xəstəliklərini ağırlaşdırır. Azərbaycanda da son günlər, xüsusilə Bakıda havanın temperaturu yüksəkdir.
Ölkəmizdə də belə isti hava sağlamlıq üçün ciddi təhlükə yarada bilərmi? Hansı insanlar daha çox risk altındadır və özümüzü necə qorumalıyıq?
Avtosfer.az bildirir ki, Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, Avropada rekord istilər ekstremal hava şəraitinin xüsusilə yaşlılar və xroniki xəstələr üçün ciddi risk yaratdığını göstərir:
“Azərbaycanda, xüsusilə Bakıda uzunmüddətli yüksək temperatur, rütubət və gecə sərinliyinin olmaması susuzlaşma, təzyiq dəyişiklikləri, ürək ritm pozğunluqları və mövcud xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Risk qrupuna 65 yaşdan yuxarı şəxslər, uşaqlar, hamilələr, ürək, ağciyər, böyrək və diabet xəstələri, həmçinin açıq havada çalışanlar daxildir”.
Terapevt bildirib ki, insanlar saat 11:00-17:00 aralığında açıq havada qalmağı mümkün qədər məhdudlaşdırmalıdırlar:
“Gün ərzində müntəzəm su içmək, ağır fiziki fəaliyyəti səhər yaxud axşam saatlarına keçirmək, həmçinin yüngül və açıq rəngli geyimlərə üstünlük vermək tövsiyə olunur. Xroniki xəstəlikləri olan şəxslər isə qəbul etdikləri dərmanların rejimini dəyişməməli, maye qəbulu ilə bağlı hər hansı məhdudiyyət olduqda həkim tövsiyələrinə əməl etməlidirlər”.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












