Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Ərdoğanın “qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik” açıqlaması Türkiyədə Azərbaycana qarşı informasiya hücumları kontekstində diqqət çəkir.
Türkiyə lideri bu sözləri TDT-nin Ankarada keçiriləcək Zirvə toplantısı haqda danışarkən bildirib. Qeyd edib ki, “türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”. Lakin Ərdoğanın sözlərini həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdlərinə mesaj olaraq qəbul edə bilərik. Bu mesajın Türkiyədə Azərbaycana qarşı hücumların aktivləşməsində katalizator rolunu oynayan Oqtay Saralın istefaya göndərilməsinin ardından verilməsi də diqqətdən yayınmır.
Son məlumatlara görə, Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri – “Köklü Dəyişim” (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım saxlanılıb, digəri – səfirliyimizin qarşısındakı aksiyada iştirak edın Fateh Ərşahin ifadəsi alınması üçün polisə çağırılıb. Azərbaycan XİN-in “Qara siyahısı”na salınan digərlərinin də Azərbaycana qarşı fəaliyyətə görə cavab verəcəyi gözləniləndir./konkret.az
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR












