Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - SİYAHI

“İntensiv və uzunmüddətli yağışlar kənd təsərrüfatına birbaşa mənfi təsir göstərərək məhsuldarlığın azalmasına, məhsul itkisinə və tədarük zəncirində problemlərə səbəb ola bilər. Nəticədə bazarda təklif azalır və bu da müəyyən məhsulların qiymətində artım riskini yüksəldir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Konkret.az-a açıqlamasın da səsləndirib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır:
“Ən çox bahalaşma riski açıq sahələrdə yetişdirilən tərəvəzlərdə müşahidə oluna bilər. Xüsusilə pomidor, xiyar, bibər, badımcan, kartof, soğan və kələm kimi məhsullar güclü yağıntılara daha həssasdır. Əkin sahələrinin su altında qalması və məhsulun vaxtında yığılmasının mümkün olmaması bu məhsulların bazara çıxışını məhdudlaşdıracaq”.
A.Nəsirli qeyd edir ki, meyvə məhsulları arasında albalı, gilas, ərik, şaftalı, gavalı və üzüm kimi mövsümi məhsulların da məhsuldarlığında azalma baş verə bilər.
“Davamlı rütubət meyvələrin keyfiyyətini aşağı salır, çürümə və göbələk xəstəliklərinin yayılmasını sürətləndirir ki, bu da satışa yararlı məhsulun həcmini azaldır. Taxıl və yem bitkiləri də əlverişsiz hava şəraitindən zərər görə bilər. Bu isə uzunmüddətli perspektivdə un və çörək məhsullarının, eləcə də heyvandarlıqda yem xərclərinin artması səbəbindən ət və süd məhsullarının maya dəyərinə təsir göstərəcək. Bununla belə, bu təsirlər adətən tərəvəz və meyvələrlə müqayisədə daha gec hiss olunur.
Qiymət artımının miqyası yağışların davametmə müddətindən, zərərin coğrafiyasından, məhsul ehtiyatlarının səviyyəsindən və idxal imkanlarından asılıdır. Əgər daxili bazarda yaranan çatışmazlıq idxal hesabına operativ şəkildə kompensasiya edilərsə, qiymət artımı məhdud qala bilər. Əks halda, xüsusilə tez xarab olan meyvə və tərəvəz məhsullarında qısamüddətli, lakin nəzərəçarpacaq bahalaşma qeydə alınacaq”.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












