Azərbaycanda əməkhaqqı sistemi DƏYİŞİR

"Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur:
"Bu model vətəndaşların “overtime”, yəni, əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir. Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqqılarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bütövlükdə yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqqılarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.
Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ










