Azərbaycanda ev almaq daha da çətinləşir - Qiymətlər yenidən artdı

Qiymətləndiricilər Palatası iyun ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin iyun ayında daşınmaz əmlak bazarında mülayim və dayanıqlı artım meyli müşahidə olunub.
Məlumata görə, iyun ayında kompozit (daşınmaz əmlak bazarındakı qiymət dəyişikliklərini ümumi şəkildə ölçən və ölkə və ya region səviyyəsində bazarın ümumi vəziyyətini əks etdirən genişmiqyaslı statistik göstərici) daşınmaz əmlak İndeksi 106.7 bənd təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 0.7 faiz, baza dövrü kimi qəbul edilən 2025-ci ilin dekabr ayına nisbətən isə 6.7 faiz yüksəkdir.
İyun ayında bazarın əsas hərəkətverici qüvvəsi yenə də torpaq seqmenti olub. Bu istiqamət üzrə indeks 118.1 bəndə yüksəlib ki, bu da tikinti və developer (torpaq sahəsinin alınmasından tutmuş, tikintinin maliyyələşdirilməsi, idarəedilməsi və obyektin satışına qədər bütün biznes prosesini əhatə edən genişmiqyaslı investisiya fəaliyyəti) layihələri üçün nəzərdə tutulan torpaq sahələrinə, eləcə də premium ərazilərə tələbin yüksək səviyyədə qaldığını nümayiş etdirir. Eyni zamanda, may ayında qeydə alınan sürətli bahalaşmadan sonra qiymət artımının daha tarazlı mərhələyə keçməsi bazarda sabit dinamikanın formalaşdığını göstərir.
Mənzil bazarı da yüksəliş trayektoriyasını qoruyub-saxlayıb. Yeni tikili mənzillər üzrə indeks 104.8, köhnə tikili mənzillər üzrə isə 104 bənd olub. Bu göstəricilər bazarın müxtəlif seqmentləri arasında balansın qorunduğunu, qiymət artımının isə əsasən, fundamental bazar amilləri hesabına formalaşdığını göstərir. Premium layihələr qiymətlərin yüksəlməsinə dəstək versə də, ümumi bazarda struktur sabitliyi saxlanılıb.
Fərdi yaşayış evləri bazarında indeks 104.7 bənd səviyyəsində qərarlaşıb. Bu seqmentdə qiymət dinamikasının, əsasən, torpaq komponenti ilə müəyyənləşdiyi, xüsusilə premium və orta-yüksək qiymət zonalarında yerləşən obyektlərin bazar göstəricilərinə daha çox təsir etdiyi müşahidə olunur.
Kommersiya daşınmaz əmlakı bazarında da müsbət dinamika davam edib. Satış seqmenti üzrə indeks 104.8 bəndə yüksəlib. İcarə bazarında isə may ayında qeydə alınan aktiv artımdan sonra iyunda qiymətlərin sabitləşməsi prosesi müşahidə olunub və indeks 104.9 bənd təşkil edib. Bu tendensiya bazarın daha balanslı inkişaf mərhələsinə keçdiyini göstərir.
Kirayə mənzil bazarında qiymət sabitliyi qorunub. Yeni tikili mənzillər üzrə kirayə indeksi 101, köhnə tikili mənzillər üzrə isə 100 bənd səviyyəsində qalıb. Bu göstəricilər bazarda volatilliyin aşağı olduğunu və qiymətlərin, əsasən, ödəmə qabiliyyəti ilə uzlaşan çərçivədə formalaşdığını təsdiqləyir.
Qaraj bazarında isə əvvəlki ay müşahidə olunan yüksək artım tempinin zəiflədiyi qeydə alınıb. İndeks 110.6 bənd olsa da, bazar iyun ayında daha sabit və tarazlı qiymət dinamikasına keçid edib.
İyun ayının nəticələri göstərir ki, Azərbaycanın daşınmaz əmlak bazarı sağlam inkişaf trayektoriyasını qoruyur. Qiymət artımı bazarın ayrı-ayrı seqmentləri üzrə balanslı şəkildə davam edir, risk səviyyəsi aşağı olaraq qalır və struktur dayanıqlığı gücləndirən amillər üstünlük təşkil edir. Mövcud dinamika 2026-cı ilin ikinci yarısında bazarda kəskin qiymət dalğalanmalarının gözlənilmədiyini, artımın isə əsasən, torpaq bazarı və premium seqment hesabına davam edəcəyini göstərir.
Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər AÇIQLANDI
Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA
Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas izah etdi
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı










