Azərbaycanda işsizlərin nəzərinə! – Xoş xəbər

Son zamanlarda müxtəlif müəssisələrdə kütləvi ixtisarların aparılması işsiz qalan vətəndaşların gələcəyi ilə bağlı narahatlıqları artırır. İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, yeni iş yerlərinin yaradılması istiqamətində layihələr həyata keçirilir və ixtisar olunan şəxslərin də bu imkanlardan yararlanması nəzərdə tutulur.
Məlumata görə, 2026-cı ilin ilk yarısında Azərbaycanda 52,3 min yeni iş yeri yaradılıb.
Bağlanan iş yerlərinin yerini yeni yaradılan vakansiyalar nə dərəcədə doldura biləcək?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib ki, məşğulluğun təmin edilməsi Azərbaycanda həm iqtisadi, həm də sosial siyasətin əsas istiqamətlərindən biridir:
“Qarşıya qoyulan əsas məqsədlərdən biri xüsusilə özəl sektorda yeni iş yerlərinin sayının artırılması və məşğulluqda bu sektorun payının yüksəldilməsidir. Çünki özəl sektorun məşğulluqdakı payının artması daha dayanıqlı məşğulluq siyasətinin formalaşmasına imkan yaradır. Son iki ildə özəl sektorun məşğulluqdakı payında artım müşahidə olunur. Hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı 1 milyon 787 min nəfərdir. Onlardan 844 mini dövlət, təxminən 942 mini isə özəl sektorda çalışır. Bu göstəricilər məşğulluqda özəl sektorun payının dövlət sektorundan daha yüksək olduğunu göstərir”.
Deputat bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən subsidiyaların verilməsi, eləcə də aşağı faizli kredit imkanlarının artırılması da özəl sektorun məşğulluqdakı payının yüksəldilməsinə xidmət edir:
“Ümumilikdə, hökumətin özəl sektorda məşğulluğun artırılması ilə bağlı siyasətinin davam etdirilməsi xüsusilə iqtisadiyyat üzrə kadrların bu sahədə işlə təmin olunmasına əlavə imkanlar yaradacaq. Nəticə etibarilə işsizlik minimum həddə çatdırılacaq”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












