Azərbaycanda minimum maaş artacaq – Tarix və gözlənilən məbləğ açıqlandı

2027-ci ildə minimum əməkhaqqının artırılıb-artırılmayacağı və bunun hansı həddə olacağı ilə bağlı gözləntilər gündəmdədir. Hətta inflyasiya göstəriciləri və əvvəlki illərdə minimum əməkhaqqının dəyişmə tempi nəzərə alınaraq gələn il üçün 450-470 manat aralığında rəqəmlər səsləndirilir.
2027-ci ildə minimum əməkhaqqı nə qədər artırıla bilər? 460 manatlıq maaş real görünürmü və artımın müəyyənləşdirilməsində hansı iqtisadi göstəricilər əsas götürülməlidir?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində Azərbaycanda minimum əməkhaqqı demək olar, hər il artır:
“Son dövrlərə nəzər salsaq, orta hesabla illik 5-10 faiz civarında artım olub. Bu il də artımın olması gözlənilir. Çünki inflyasiya yüksəkdir və qiymətlər kəskin artır. Amma minimum əməkhaqqının artması nəyi dəyişir? Minimum əməkhaqqı yalnız o öhdəliyi yaradır ki, vətəndaşa müəyyən məbləğdən aşağı maaş verilməsin. Məsələn, hazırda 400 manatdan aşağı maaş vermək olmazsa, bu məbləğ sabah 450 manata çatdıqda 450 manatdan aşağı maaş vermək mümkün olmayacaq. Ancaq daha məntiqli yanaşma orta aylıq əməkhaqqının və insanların gəlirlərinin artırılmasına çalışmaqdır”.
Ekspert bildirib ki, minimum əməkhaqqı artdıqda VÖEN-lə çalışan şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri məbləğ də artır:
“Bu, onlar üçün əlavə problem yaradır. Ona görə də dəfələrlə təklif etmişik ki, VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlılığı aradan qaldırılsın. Qanunda bu əlaqəyə yenidən baxılmalı və o bağlantı ləğv edilməlidir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












