Azərbaycanda temperaturun yüksəlməsinin səbəbi nədir? - Mütəxəssis rəyləri

Ötən aydan başlayaraq Avropada isti hava dalğası və yüksək temperatur müşahidə olunur. İqlim böhranının təsirlərini daha da gücləndirən belə hava şəraiti həm təbiət, həm də insan sağlamlığı üçün ciddi risklər yaradır. Azərbaycanda da son günlər havanın temperaturu yüksəlməkdədir. Bakıda iyulun 20-də gündüz saatlarında havanın temperaturu 27–30 dərəcə arasında dəyişirdisə, iyulun 25-də həmin göstəricinin 33–38 dərəcəyədək yüksələcəyi gözlənilir. Sinoptiklər yaxın günlərdə paytaxt da daxil olmaqla, respublikanın bəzi ərazilərində temperaturun 40–41 dərəcəyə çatacağı ilə bağlı xəbərdarlıq ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC ölkəmizdə temperatur artımının səbəblərini mütəxəssislərlə birgə araşdırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında temperaturun yüksəlməsinin səbəbini əsasən cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.
“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, - deyə G.Məmmədova qeyd edib.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev Avropada müşahidə olunan iqlim proseslərinin, havanın temperaturunun kəskin dəyişməsinin əsasən Şimali Atlantika üzərindən hava kütlələrinin, siklonların, antisiklonların həmin ərazilərə daxil olması ilə əlaqədar olduğunu deyib.
Professor ölkəmizin, xüsusilə Xəzər dənizi hövzəsinin həmin əraziyə daxil olması səbəbindən oxşar proseslərin burada müşahidə edilmə ehtimalının yüksək və gözlənilən olduğunu, lakin temperatur göstəricilərinin relyefə görə fərqləndiyini bildirib:
“Azərbaycanda son günlər qeydə alınan temperatur yüksəlməsi Avropada müşahidə olunan proseslərlə, bilavasitə Şimali Atlantika üzərində əmələ gələn hava kütlələrinin bizim ərazilərə daxil olması ilə sıx əlaqədardır. Ona görə Avropada qeydə alınan iqlim prosesləri Azərbaycanda da özünü göstərir. Həmçinin Azərbaycana həm də cənubdan hava kütlələri daxil olur. Cənubdan daxil olan isti hava kütlələri onlara qarışaraq Azərbaycanda hava şəraitini təyin edir. Bu nöqteyi-nəzərdən ölkəmizdə müşahidə edilən temperatur göstəriciləri, yəni yüksəlmələri bilavasitə həmin proseslərlə bağlıdır”.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












