Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan–Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Vüqar Bayramov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Malayziyada keçirilən görüşlər zamanı iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub:
"Malayziyanın böyük turizm potensialı var. Hazırda Malayziya vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Bununla bağlı müzakirələr aparılıb və hesab edirəm ki, yaxın aylarda vizasız rejimə keçid mümkün olacaq. Çünki Xarici İşlər Nazirliyi tərəfindən artıq müvafiq memorandum təqdim edilib".
Deputat qeyd edib ki, Asiya ölkələrindən turist axınının artırılması üçün vizaların sadələşdirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayının artırılması da vacibdir:
"Adətən Asiya ölkələrindən olan turistlər birbaşa uçuşların mövcud olduğu istiqamətləri seçirlər. Buna görə də birbaşa reyslərin açılması Azərbaycanın turizm potensialının artırılmasına mühüm töhfə verə bilər".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












