Azərbaycanlı oğlanlar bu qızlarla evlənmək istəyir

Sosial 11 İyul 2026 22:13
Azərbaycanlı oğlanlar bu qızlarla evlənmək istəyir
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda ailə institutu və evlilik meyarları zaman keçdikcə müəyyən təkamülə uğrasa da, gənc oğlanların həyat yoldaşı seçərkən diqqət yetirdikləri fundamental dəyərlər öz aktuallığını qoruyur. Avtosfer.az "Metbuat.az"a istinadən xəbər verir ki, bu mövzuda rəqəmsal platformalarda və sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, azərbaycanlı oğlanlar üçün ideal qız obrazı həm ənənəvi, həm də müasir keyfiyyətlərin harmoniyasından ibarətdir. Seçim prosesində ilk və ən mühüm meyar hər zaman ailə tərbiyəsi, xanımlıq və əxlaqi dəyərlər olur. Azərbaycan cəmiyyətində mentalitet faktorunun güclü olması səbəbindən oğlanlar qarşı tərəfin böyüklərə hörmət bəsləməsinə, səmimiyyətinə və daxili mədəniyyətinə xüsusi önəm verirlər. Bununla yanaşı, müasir dövrün tələbləri də seçimə ciddi təsir göstərir. Artıq gənclər təkcə evdar deyil, həm də dünyagörüşü geniş, savadlı və intellektual tərəfdaş axtarışındadırlar. Qızın təhsili, özünü cəmiyyətdə təqdimetmə bacarığı və onunla maraqlı həmsöhbət olmaq imkanı bu gün ən vacib şərtlərdən birinə çevrilib. Məsələyə gənclərin fərdi baxışı da bu meyarları tamamlayır. Hazırda subay olan Eltac Quliyev hesab edir ki, müasir dövrdə ideal xanım anlayışı ilk növbədə qarşılıqlı anlaşma və səmimiyyət üzərində qurulmalıdır. Onun fikrincə, xarici gözəllik keçicidir, bu səbəbdən də əsas diqqət qızın daxili dünyasına, ağırbaşlılığına və ailə məsuliyyətini dərk etməsinə yönəlməlidir: “Həyat yoldaşı seçərkən onun həm yaxşı sirdaş, həm də çətin gündə sadiq bir arxa ola bilməsi hər şeydən üstündür. Gələcəkdə həm milli dəyərləri qoruyan, həm də müasir cəmiyyətdə öz ayaqları üzərində durmağı bacaran bir xanımla ailə qurmaq istəyirəm. Evlənəcəyim xanım məşhur filmdə deyildiyi kimi, “evin süpürgəsi” olmayacaq. Amma evdəkilərin qarşısına bir stəkan çay qoymaq əziyyətinə də qatlaşmalıdır”.

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh