Bakıda 1 sot torpaq 2 milyon manat: Ən bahalı ünvanlar

Bakıda torpaq sahələrinin qiyməti yerləşdiyi əraziyə görə ciddi şəkildə fərqlənir.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, şəhərin mərkəzi hissələrində torpaq qıtlığı səbəbindən qiymətlər rekord həddə çatıb.
Xüsusilə Əziz Əliyev küçəsi, Fəvvarələr Meydanı ətrafı və Nizami küçəsi kimi prestijli ərazilərdə hazırda satışda boş torpaq sahəsi tapmaq demək olar ki, mümkün deyil.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki,qeyd edilən ərazilərdə yalnız köhnə tikililərin sökülməsi nəticəsində yeni tikinti üçün torpaq sahəsi formalaşa bilər. Belə hallarda isə torpağın bir sotunun qiyməti təxminən 1,5-2 milyon manat arasında dəyişə bilər:
"Paytaxtın digər nüfuzlu ərazilərində də torpaq qiymətləri kifayət qədər yüksəkdir. Belə ki, Neftçilər prospektində bir sot torpağın dəyəri orta hesabla 700-800 min manat, Məmməd Araz küçəsində təxminən 600 min manat, Həsən Əliyev küçəsində 550 min manat, Yusif Səfərov küçəsində 550-600 min manat təşkil edir.
Eyni zamanda Atatürk prospekti və Hüseyn Cavid prospekti ətrafında torpaq sahələrinin bir sotunun qiyməti 500-600 min manat arasında qiymətləndirilir. Ağ Şəhər layihəsi ərazisində isə yerindən asılı olaraq qiymətlər daha yüksək ola bilər. Burada torpağın bir sotunun dəyəri təxminən 500 min manatdan başlayaraq 600 min manatdan da yuxarı qalxa bilir.
Şəhərin əsas biznes və yaşayış mərkəzlərində boş torpaq sahələrinin sayı olduqca məhduddur. Buna görə də həmin ərazilərdə hər hansı tikinti layihəsi üçün torpaq sahəsi satışa çıxarıldıqda qiymətlərin göstərilən rəqəmlərdən aşağı olması real görünmür. Torpağa olan yüksək tələbat və təklifin məhdudluğu bu ərazilərdə qiymətlərin uzun müddətdir yüksək səviyyədə qalmasına səbəb olur".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












