Bakıda adambaşına düşən yaşıllıq norması standartlardan aşağıdır - EKOLOQ

Şəhər mühitində yaşıllıq sahələri insanların sağlamlığı, ekoloji tarazlıq və ümumi həyat keyfiyyəti baxımından mühüm rol oynayır. Parklar, bağlar, ağaclıq ərazilər və digər yaşıllıq zonaları havanın təmizlənməsinə kömək edir, şəhər iqlimini tənzimləyir və sakinlər üçün istirahət və sosial ünsiyyət imkanları yaradır. Xüsusilə urbanizasiya prosesinin sürətlə getdiyi ölkələrdə bu sahələrin qorunması və artırılması daha da aktual məsələ kimi ön plana çıxır.
Son illərdə tikinti sektorunun inkişafı, yeni yaşayış komplekslərinin və infrastruktur layihələrinin artması şəhər landşaftında ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər fonunda yaşıllıq sahələrinin vəziyyəti, onların qorunması və düzgün planlaşdırılması cəmiyyət üçün mühüm müzakirə mövzularından birinə çevrilir.
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, yaşıllıq sahələrinin mövcud vəziyyəti qənaətbəxş deyil və bu, həm ekoloji balans, həm də insanların həyat keyfiyyəti üçün ciddi problemlər yaradır:

“Xüsusilə Bakı kimi iri şəhərlərdə yaşıllıq ərazilərinin azalması açıq şəkildə hiss olunur. Adambaşına düşən yaşıllıq norması bir çox hallarda beynəlxalq standartlardan geri qalır və bu da şəhər mühitində hava keyfiyyətinin pisləşməsinə, istilik effektinin artmasına səbəb olur. Məsələnin digər tərəfi isə cəmiyyətin ümumi ekoloji davranışıdır. Təəssüf ki, həm fərdi, həm də ictimai səviyyədə ətraf mühitə qarşı məsuliyyət hissi yetərincə formalaşmayıb. Ağacların qorunmasına laqeyd yanaşma, yaşıllıq sahələrinin zibillənməsi və baxımsız qalması bu problemin daha da dərinləşməsinə gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, yeni tikililərin sürətli və çox vaxt plansız şəkildə inşası isə vəziyyəti daha da ağırlaşdırır:
“Yaşayış kompleksləri və digər obyektlər salınarkən yaşıllıq sahələrinin qorunması ya ümumiyyətlə nəzərə alınmır, ya da formal xarakter daşıyır. Nəticədə, mövcud ağaclar kəsilir, onların əvəzinə əkilən yeni ağaclar isə ya uyğun şəraitdə olmur, ya da uzunömürlü olmur. Bu proses uzunmüddətli perspektivdə şəhərin ekoloji dayanıqlığını zəiflədir. Ümumilikdə, yaşıllıq estetik problem deyil, birbaşa insan sağlamlığına, xüsusən ürək-damar sisteminə, nəfəs yollarına, iqlimə və s təsir edən ciddi ekoloji məsələdir”.
Nurcan Babək
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










