Bakıda avtobus qiymətləri yenidən artacaq? – MÜHÜM AÇIQLAMA

Bakıda ictimai nəqliyyatda tarif siyasəti yenidən müzakirə mövzusuna çevrilib. 39 və 77 nömrəli avtobus marşrutlarında gedişhaqqının 60 qəpiyə qaldırılması sərnişinlər arasında narahatlıq yaradıb. Xüsusilə, hazırda 60 qəpik olan digər marşrutlardan istifadə edən vətəndaşlar bu qərarın gələcəkdə yeni qiymət artımlarının başlanğıcı olub-olmayacağı ilə maraqlanırlar.
Bəs 60 qəpik tarifi tətbiq olunan digər avtobus marşrutlarında da yaxın gələcəkdə gedişhaqqının yenidən artırılması mümkündürmü?
Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) açıqlamasında bildirib ki, bununla bağlı hər hansı rəsmi qərar mövcud deyil.

Rəsmiyyə Sabir
“Ölkədə ictimai nəqliyyatda gedişhaqqının müəyyənləşdirilməsi və ya dəyişdirilməsi yalnız Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir. Bu səbəbdən daşıyıcı şirkətlər və ya digər qurumlar tarifləri müstəqil şəkildə artıra bilməzlər. Hər hansı qiymət dəyişikliyi yalnız Tarif (qiymət) Şurasının müvafiq qərarı əsasında qüvvəyə minir. Hazırda isə gedişhaqqı 60 qəpik olan digər avtobus marşrutlarında tariflərin artırılması ilə bağlı qurum tərəfindən hər hansı rəsmi açıqlama verilməyib”.
Ekspertin fikrincə, 39 və 77 nömrəli marşrutlarda gedişhaqqının 60 qəpiyə qaldırılması ilə bağlı qərar qəbul edilərkən həmin marşrutların istismar xüsusiyyətləri, göstərilən xidmətin səviyyəsi, avtobus parkının yenilənməsi və digər iqtisadi amillər nəzərə alınmış ola bilər:
“Bu səbəbdən sözügedən qərarın avtomatik olaraq digər marşrutlara da şamil ediləcəyini düşünmək düzgün olmaz.
Gələcəkdə tariflərin yenidən nəzərdən keçirilməsi ehtimalı tamamilə istisna edilmir. Belə qərarlar qəbul olunarkən daşıyıcıların istismar xərcləri, yanacaq və ehtiyat hissələrinin qiymətlərində baş verən dəyişikliklər, yeni avtobusların istismara verilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi kimi amillər nəzərə alına bilər. Qiymət artımı ilə bağlı qərarlar mütləq iqtisadi əsaslandırmalara söykənməlidir”.
Professor əlavə edib ki, hazırkı mərhələdə gedişhaqqı 60 qəpik olan digər avtobus marşrutlarında yenidən tarif artımının tətbiq ediləcəyini söyləmək üçün hər hansı rəsmi əsas yoxdur. Onun sözlərinə görə, gələcəkdə belə bir qərar qəbul edilərsə, Tarif (qiymət) Şurası bu barədə ictimaiyyəti rəsmi qaydada əvvəlcədən məlumatlandıracaq./konkret.az
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











