Bakıda bu ərazinin siması dəyişəcək – yeni binalar, kanat yolları, tramvay... - Söküləcək küçələrin ADLARI

Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. Bu ərazilər arasında Bayıl qəsəbəsi də var.
Bəs Bayılda hansı işlər görüləcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, həmin ərazilərdə sistemsiz şəkildə tikilmiş çoxlu sayda fərdi yaşayış evləri mövcuddur:
"Bu cür fərdi yaşayış evləri Salyan şosesi boyunca və ümumiyyətlə Bayıl ərazisində kifayət qədərdir. Yaxın gələcəkdə onların sökülməsi və ərazinin müasir infrastruktura inteqrasiyasının təmin olunması istiqamətində addımlar atıla bilər. Bayıl və "20-ci sahə" arasındakı yaşayış massivləri – Arif İsmayılov, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Şahlar Allahverdiyev və Aydın Məmmədov küçələri, eləcə də digər ərazilər bu prosesə daxil ola bilər. Eyni zamanda, bilirsiniz ki, həmin ərazidə SOCAR-ın balansında olan bəzi yaşayış sahələri də var. Oradakı tikililərin əksəriyyəti artıq istismar müddətini başa vurub, bəziləri isə qəzalı vəziyyətdədir. Onların sökülməsi və yerində həm yeni yaşayış binalarının inşası, həm də parkların və yaşıllıq sahələrinin salınması gözlənilir. Konkret olaraq hər hansı layihə barədə geniş məlumat vermək mümkün deyil. Amma Bibiheybət və Salyan şosesi boyunca yol infrastrukturu mütləq yenilənəcək. Bilirsiniz ki, orada məhəllədaxili yollar da mövcuddur. Həmin yolların təmiri, asfaltlanması və bir sıra infrastruktur yeniliklərinin əraziyə gətirilməsi mümkündür. Eyni zamanda parklar və yaşıllıq sahələrinin yaradılması da nəzərdə tutula bilər".
Müsahibimiz qeyd etdi ki, həmin ərazidə kanat yolu ideyası da var:
"Ümumiyyətlə, alternativ nəqliyyat növləri – tramvay, trolleybus, şəhərdaxili qatar xətləri və dəmir yollarının yenidən canlandırılması şəhərin gələcək infrastruktur planlarında nəzərdən keçirilən məsələlərdəndir. Kanat yolları da bu ideyalar sırasındadır. Bu ideyanın meydana gəlməsinin səbəbi ondan ibarətdir ki, Dağüstü park, "Alov qüllələri", Bayıl və Badamdar yüksəklikləri, eləcə də Dənizkənarı Bulvar arasında kanat yollarının yaradılması üçün kifayət qədər potensial mövcuddur. Lakin hazırda bu istiqamətdə təsdiqlənmiş hər hansı dövlət proqramı və ya planı barədə məlumat yoxdur. Sadəcə, belə bir layihənin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Bu proseslər həm Bayıl ərazisini, həm də "20-ci sahə" yaşayış massivini əhatə edə bilər. Təbii ki, belə layihələrin həyata keçirilməsi üçün investorların iştirakı vacib şərtlərdən biridir. Həmin ərazilərdə artıq bir neçə layihənin icrasına başlanılıb.
Məsələn, Panorama Bayıl və Park Bayıl yaşayış kompleksləri. Bunlardan biri Qurban Abbasov küçəsində, digəri isə Xanlar küçəsində yerləşir. Belə layihələrin davamlı xarakter alacağı gözlənilir. Bayıl və "20-ci sahə"nin həm müasir memarlıq prinsiplərinə uyğun şəkildə yenidən qurulması, həm də ərazinin tarixi və qədim simasının qorunması şərti ilə infrastrukturun müasirləşdirilməsi prioritet istiqamətlərdən biridir. Lakin prosesin nə vaxt həyata keçiriləcəyini dəqiq söyləmək mümkün deyil. Çünki burada çoxlu sayda sakinlərin sualları və maraqları var. Vaxt məsələsi yalnız investorlarla dövlət qurumları arasında razılaşmalar əldə olunduqdan sonra dəqiqləşə bilər".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












