Bakıda bu parklar birləşdirilir - FOTOLAR

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.
Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq.
Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir. Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.




Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












