Bakıda eskalatorlar işləmir, İNSANLAR ƏZİYYƏT ÇƏKİR - Yeraltı keçidlər ləğv olunsun?

Bakının Salyan şosesində yerləşən, Bayıl qəsəbəsini Dənizkənarı Bulvar ərazisi ilə birləşdirən piyada keçidində eskalatorlar aylardır işləmir. Eyni problem "Azneft" dairəsində də yaşanır. Bu vəziyyət xüsusilə yaşlı insanların, əlilliyi olan şəxslərin, uşaqlı valideynlərin və gündəlik olaraq həmin keçiddən istifadə edən vətəndaşların hərəkətini xeyli çətinləşdirir. Ümumiyyətlə, Bakıda elə yeraltı və yerüstü piyada keçidləri var ki, oradakı eskalatorlar aylarla, illərlə istifadəsiz vəziyyətdə qalır. Təmir və ya bərpa işləri ilə bağlı isə müxtəlif səbəblər göstərilir, lakin problem uzun müddət həllini tapmır. Nəticədə vətəndaşlar həm rahatlıqdan məhrum olur, həm də keçidlər öz funksionallığını tam yerinə yetirə bilmir.
Bəs paytaxtdakı piyada keçidlərində eskalatorların uzun müddət işləməməsinin səbəbi nədir?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, müasir şəhərlərdə müxtəlif səviyyəli piyada keçidlərindən tədricən imtina olunur və onların yerini eyni səviyyəli, zolaqlı, təhlükəsizlik adacıqları ilə təchiz edilmiş, svetoforla tənzimlənən və kontrast işıqlandırmaya malik piyada keçidləri tutur:
"Bu cür keçidlər həm daha təhlükəsiz hesab olunur, həm də yaşlılar, əlilliyi olan şəxslər və digər azmobilli vətəndaşlar üçün daha əlverişlidir. Belə keçidlər hər hansı texniki qurğunun işlək vəziyyətdə olub-olmamasından asılı deyil. İnsanlar ilin bütün fəsillərində, hava şəraitindən asılı olmayaraq, rahat şəkildə yolun bir tərəfindən digər tərəfinə keçə bilirlər. Ona görə də hesab edirəm ki, dünyada özünü doğrultmuş bu təcrübə Azərbaycanda da daha geniş tətbiq olunmalıdır. Mövcud yeraltı keçidlərin bir hissəsinin təyinatına yenidən baxılması və onların kommersiya məqsədləri üçün istifadəyə verilməsi də müzakirə oluna bilər. Bu cür yanaşmalar artıq qonşu ölkənin paytaxtı Tbilisi şəhərində və Avropanın bir çox ölkələrində uğurla tətbiq edilir. Xüsusilə şəhərin mərkəzi hissələrində və insanların intensiv hərəkət etdiyi ərazilərdə, o cümlədən bulvar kimi mühüm ictimai məkanlarda eyni səviyyəli təhlükəsiz piyada keçidlərinin sayı artırılmalıdır. Burada söhbət nə yerüstü, nə də yeraltı keçidlərdən gedir. Söhbət səki ilə eyni səviyyədə yerləşən, svetoforla tənzimlənən, müasir təhlükəsizlik standartlarına cavab verən piyada keçidlərindən gedir. Müasir şəhərsalma yanaşması da məhz belə həlləri prioritet hesab edir".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












