Bakıda gilas 12 manata satılır, rayonlarda "Kamaz"la zibilliyə atırlar - Səbəb nədir?

Yay mövsümündə bəzi meyvələrin, xüsusilə də gilasın bazar qiyməti yüksək olaraq qalır. Hazırda bazarlarda gilasın orta satış qiyməti 7-8 manat civarındadır. Bununla yanaşı, sosial şəbəkələrdə satılmayan gilasların yük maşınları ilə zibilə atıldığını əks etdirən görüntülər yayılıb.
Bu vəziyyət istehsal, satış və məhsulun bazara çıxarılması prosesində hansı problemlərdən xəbər verir?
Avtosfer.az-ın məlumatına görə, kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, bu il hava şəraiti bu meyvələr üçün o qədər də uğurlu olmadı:
“Buna görə də məhsuldarlığın əvvəlki illərlə müqayisədə aşağı olacağı gözlənilir. Lakin bunun kompensasiyası digər tərəfdən son iki-üç ildə əkilmiş yeni bağ sahələri hesabına mümkün ola bilər. Yəni həmin meyvə bağlarının sahəsi artıb və artıq yeni məhsullar əldə olunur. Bu da məhsuldarlıq aşağı olsa belə, ümumi istehsalın əvvəlki illərin səviyyəsində qalmasını təmin edə bilər. İkinci məsələ qiymətlərlə bağlıdır. Mövsümü keçən illə müqayisə etdikdə, qiymət dəyişikliklərində ciddi fərq müşahidə etmirik. Təxminən ötən il də bu dövrdə həmin məhsulların bazarlardakı qiyməti eyni səviyyədə olub”.
Ekspertin sözlərinə görə, meyvənin satışı ilə bağlı müəyyən çətinliklər ola bilər:
“Çünki bu məhsullar təzə meyvədir və saxlanma müddəti çox məhduddur. Onların ömrünü uzatmaq üçün əsas imkanlardan biri dondurucularda saxlanılmasıdır. Ölkədə kifayət qədər dondurucu imkanları var və bu üsulla məhsulun xarab olma müddətini müəyyən qədər uzatmaq mümkündür. Digər vacib məsələ isə ixracla bağlıdır. Bildiyiniz kimi, bu məhsullar daha çox ənənəvi bazarlara, xüsusilə Rusiyaya ixrac olunurdu. Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi amillər ixrac imkanlarına təsir göstərə bilər. Bu, dəqiq məlumat deyil, amma ehtimal olunur ki, ixracın sərfəliliyi azaldığı üçün məhsul daha çox daxili bazara yönəlib. Bu da bazarda bolluğun yaranmasına və məhsulun satışında müəyyən çətinliklərə səbəb olmuş ola bilər. Bu məsələlərin həllində ən vacib istiqamətlərdən biri emal sənayesinin inkişafıdır. Yəni bu tip kənd təsərrüfatı məhsullarının emala yönəldilməsi və onlardan hazır məhsulların istehsal olunması vacibdir. Emal sahəsindəki çətinliklər uzun illərdir kənd təsərrüfatının bu istiqamətlərində müəyyən problemlər yaradır. Lakin kənd təsərrüfatı ilə bağlı yeni hazırlanan proqramda 2030-cu ilə qədər emal sənayesinin inkişafına və ümumilikdə aqrar sahəyə ciddi dəstək verilməsi nəzərdə tutulur. Bu istiqamətdə işlər həyata keçirildiyi təqdirdə, hesab edirəm ki, belə yaş məhsulların gələcəkdə bu cür problemlərlə üzləşməsi daha az müşahidə olunacaq”.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












