Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanında yerləşən üçmərtəbəli binadan gedir. Sakinlərin sözlərinə görə, bina illərdir qəzalı vəziyyətdədir. Onlar iddia edirlər ki, divarlar nəm çəkdiyindən mənzilləri təmir etmək belə mümkün deyil.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, layihə təsdiq olunduqdan sonra, qanunvericiliyə əsasən, xüsusi mülkiyyətdə olan abidələrin bərpası balanssaxlayıcı və ya mülkiyyətçi tərəfindən həyata keçirilməlidir.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən (MKTB) isə binanın gələcək taleyi ilə bağlı müvafiq razılaşdırma işlərinin aparıldığı bildirilib.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












