Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb". Avtosfer.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.
O, daha sonra əlavə edib:
"1-2 halı çıxmaq şərti ilə hələ ki əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinib. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları bir az da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq".
Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur:
"Adətən bizə ilanlarla bağlı məlumatlar Bakıətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Bundan başqa Əhmədli, Həzi Aslanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər".
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












