Bakıda iş saatlarının dəyişməsi ilə bağlı YENİLİK

Bakı və ətraf ərazilərdə bir sıra dövlət qurumlarında iş qrafikinin dəyişdirilməsi ilə bağlı qərar sentyabrın 15-dən qüvvəyə minib. İki ay müddətinə sınaq məqsədilə tətbiq olunan yeni qrafiklə işçilər üç fərqli rejim üzrə fəaliyyət göstərəcəklər. Qərarın əsas məqsədlərindən biri paytaxtda nəqliyyat sıxlığının azaldılmasıdır.
İş vaxtının müvəqqəti dəyişdirilməsi qərarı nə kimi nəticələr verə bilər və bu addım Bakıda nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərəcək?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, iş qrafikinin dəyişdirilməsi Prezidentin imzaladığı “Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” üzrə dövlət proqramında nəzərdə tutulmuş 57 tədbirdən biridir:
“Yəni burada kompleks tədbirlər görülməsə, yalnız iş qrafikinin dəyişdirilməsi ilə vəziyyət düzələn deyil. Müəyyən fayda verə bilər, amma bütövlükdə problemi həll etmək üçün o dövlət proqramı tam icra olunmalıdır. Orada təhsil müəssisələri ilə bağlı məsələlər də var. Əsas tıxaclar harada yaranır? Təhsil müəssisələrinin qarşısında. Orada yazılır ki, məktəb avtobusları məsələsinə baxılsın. Amma məktəb avtobusları o zaman tətbiq olunur ki, konkret kompakt ərazidə şagirdlər yaşayır və məktəb də bir yerdədir. Bizdə biri Hövsandan gəlir, biri Suraxanıdan, biri Əhmədlidən. Orada məktəb avtobusu təklif etmək mümkün deyil”.
S.Məmmədovun fikrincə, yalnız iş qrafikinin, özü də əsasən dövlət sektorunda iş qrafikinin dəyişməsi ilə nəsə dəyişəcəyini gözləmək real deyil:
“Amma kompleks tədbirlər fonunda müəyyən nəticələr verə bilər. Həmin tədbirlər də, yuxarıda qeyd etdiyim kimi, Prezidentin imzaladığı dövlət proqramında əksini tapıb”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












