Bakıda isti su yola axır - Günlərdir həll olunmayan problem - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində günlərdir isti su yola axır. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sakinlərin narazılığını ifadə edən videogörüntü sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, artıq bir neçə gündür naməlum səbəbdən yola axan isti suyun qarşısı alınmır. Sakinlər qeyd edirlər ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən hələ də heç bir tədbir görülməyib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən ünvana Binəqədi Rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı ərazidə yüksək temperaturlu suyun axdığı müəyyən edilib:
"Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə də məlumat verilib. Ərazidə müvafiq qazıntı işləri aparılacaq, axıntının hansı şəbəkədən qaynaqlandığı (istilik və ya içməli su xətti) dəqiqləşdirilərək aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək".
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












