Bakıda itkin düşən bacı-qardaş tapıldı - Valideyni işgəncə verirmiş

Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşın gələcək taleləri ilə bağlı rəsmi açıqlama verilib.
Avtosfer.az-ın məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı məlumatlıdırlar və məsələ hazırda Sosial Xidmətlər Agentliyinin nəzarətindədir:
"Biz məlumat vermişik, uşaqların yerləşdirilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən təmin edilib. Ana övladlarından imtina edib. Bu halda dövlət uşaqların himayəsini üzərinə götürəcək. Onların hansı müəssisədə yerləşdirilməsi ilə bağlı qərarı da Sosial Xidmətlər Agentliyi verir".
***
Bakıda itkin düşən 2015-ci il təvəllüdlü İ.A. və 2018-ci il təvəllüdlü S.A. bacı-qardaşı tapılıb. Azyaşlıların yeri Xətai rayonu, Zığ şosesi ərazisində müəyyən edilib. Hadisə ilə bağlı sonradan dəhşətli detallar üzə çıxıb. Məlum olub ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub. Onların sözlərinə görə, anaları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb, ataları isə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verib. Bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bacı-qardaş yaşadıqları evdən qaçmağı əvvəlcədən planlaşdırıb. Axşam saatlarında evdən çıxan uşaqlar uzun müddət çimə bilmədiklərini deyərək dəniz sahilinə yollanıblar. Onlar gecəni də sahildə keçiriblər. Səhər saatlarında isə taksi sürücülərindən birinə yaxınlaşaraq onları bibisinin gözlədiyini bildiriblər. Lakin azyaşlıların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. Sürücü onları birbaşa polis şöbəsinə aparıb və bundan sonra hadisənin təfərrüatı üzə çıxıb. Mehriban Zeynalovanın sözlərinə görə, uşaqların bədənlərində çoxsaylı yara, saçlarında isə yanıq izləri aşkar edilib. Daha sonra onlar sığınacağa yerləşdiriliblər və hər iki uşaq məhkəmə-tibbi ekspertizadan keçirilib. Paylaşımda qeyd olunub ki, uşaqlar hazırda özlərini təhlükəsiz hiss edirlər. Onlarla söhbət zamanı azyaşlılardan biri uşaqlıqdan ən böyük arzusunun həm özünün, həm də bacısının arzularının gerçəkləşməsi olduğunu deyib. Mehriban Zeynalova, həmçinin bildirib ki, ana rəsmi qaydada hər iki övladından imtina edib.
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












