Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir.
Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilər müəyyənləşdirilir, həm də layihənin təsirinə düşən tikililərlə bağlı iş aparılır.
Dəmiryolu xəttinin keçəcəyi ərazidəki sakinlərlə görüş keçirilib və onlara kompensasiya ödənilidikdən sonra söküntüyə qərar verilib.
Ərazidəki köhnə Maştağa stansiyasının binası da diqqət mərkəzindədir.
Zabrat-Maştağa-Bağlar xətti dövlət proqramına əsasən, paytaxtın əsas layihələrindən biri hesab edilir.
Bütün bu layihələrin istifadəyə verilməsi ilə paytaxtda sərnişin yükünün və yollarda tıxacın azalması gözlənilir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












