Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı

Paytaxtda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Hazırda Bakının müxtəlif ərazilərində çıxarışlı torpağın bir sotunun dəyəri təxminən 5 min manatdan başlayaraq 500 min manata qədər yüksəlir. Avtosfer.az xəbər evrir ki, mütəxəssislərin sözlərinə görə, yay mövsümünün yaxınlaşması və fərdi ev tikintisinə marağın artması torpaq bazarında hərəkətliliyi artırıb. Alıcıların üstünlük verdiyi əsas seçim isə sənədləri qaydasında olan, çıxarışla təmin edilmiş torpaq sahələridir. Bunun əsas səbəbi gələcəkdə ev tikintisi zamanı kommunal xidmətlərin qoşulması ilə bağlı problemlərin qarşısını almaq istəyidir. Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mövsümi amillər də qiymətlərin formalaşmasına ciddi təsir göstərir. Onun fikrincə, hava şəraitinin tikinti işləri üçün daha əlverişli olduğu yaz və yay aylarında torpağa tələbat ənənəvi olaraq artır. Bu isə bəzi satıcıların qiymətləri yüksəltməsinə və bazarda bahalaşmanın sürətlənməsinə səbəb olur. (milli.az)
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












