Bakının bu ərazilərindəki evlər söküləcək - SƏBƏBİ AÇIQLANDI

Bakının 4 rayonunda sel və daşqınların qarşısını almaq üçün istinad divarları tikiləcək. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında inaş ediləcək.
Bəs nəzərdə tutulan istinad divarları konkret hansı ərazilər inşa ediləcək? Sözgügedən tikintilərlə bağlı paytaxtın hansı hissələrində söküntülər nəzərdə tutulurmu?
Avtosfer.az-ın məalumatına görə, mövzu ilə bağlı “Yeni Sabah”a danışan tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, adıçəkilən rayonların bəzi ərazilərində istinad divarları var:
“İstinad divarlarının tikiləcəyi 4 rayonda yerləşən yol infrastrukturu son yağışlarda bərbad vəziyyətə düşdü. Məsələn, Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində yolun torpaq qatının sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti uzun müddət dayanmışdı. Bu səbəbdən, Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarında yerləşən yolların kənarlarında istinad divarları tikilir. Təbii ki, hansısa istinad divarının inşası zamanı yol üzərində olan evin və ya başqa tikilinin sökülməsi zəruri olarsa, bu addım atılacaq. Amma ümumən götürsək, onsuz da sürüşməyə meyilli yolların bir çoxunun kənarında istinad divarları mövcuddur. Sadəcə onların bir hissəsi artıq istismar müddətini bitirib. Söküntü prosesi ayrılan məbləğ əsasında görüləcək işlərin həcmindən asılı olacaq. İstinad divarlarının inşası zamanı bəzi vətəndaşların köçürülməsi mümkündür”.
Ekspert vurğulayıb ki, istinad divarları yalnız torpaq sürüşməsinin qarşısını almaq məqsədi ilə çəkilir:
“İstinad divarları subasmadan qorumur. İstinad divarları yalnız torpağın çöküntüsü və sürüşmənin qarşısını alır. Təbii ki, bəzi ərazilərdə istinad divarları yağan yağışın istiqamətini dəyişə bilər. Bu isə ancaq divar boyu kanallar çəkilməklə mümkündür. Güclü yağıntılar zamanı torpağın dərinliyində boşalmalar baş verir və boşalma səbəbindən, hündür ərazilərdəki torpaq qatı sürüşür. Həmin ərazilərdə çəkilən istinad divarları yalnız torpaq sürüşmələrinin qarşısını alacaq”.
Pensiyaçılar bu vergilərdən azaddır - Çoxları bilmir
Kür çayı daşdı - Bu ərazilər su altında qaldı - FOTOLAR
Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? - ARAŞDIRMA
Paytaxtda bu binaların təmirinə başlanır – Ayrılan vəsait...
İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT
Qanunsuz evlər artır - “Ucuz torpaq” tələsi - VİDEO
Hava nə vaxt düzələcək? – RƏSMİ AÇIQLAMA










