Bakının bu rayonunda 20-yə yaxın bina söküləcək

"Səbail rayonunda sökülməsi nəzərdə tutulan binaların sayı ilkin mərhələdə təxminən 15-20 arasındadır".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, həmçinin Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır:
"Bunlar əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan tikililərdir. Hazırda həmin binaların bir qismində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib. Adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və qalib şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.
Kompensasiya məbləği isə qiymətləndirici şirkət tərəfindən ərazinin mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir. Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1 500-2 200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.
Bununla belə, kompensasiya məbləği bütün binalar və mənzillər üçün eyni olmur. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və məbləğ həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər".
AQC sdəri əlavə edib ki, söküntü prosesinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur:
"İnvestor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
İnvestor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Eyni zamanda investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiya məbləği də razılaşdırıla bilər".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












