Bakının mərkəzində məşhur bina sökülür? - Park salına bilər

Mərkəzi Bankın köhnə binasının sökülərək yerində park salınacağı ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Əvvəllər də bu layihənin uğurlu olmadığı, binanın yerləşdiyi ərazinin isə düzgün seçilmədiyi bildirilirdi.
Bəs bu iddialar nə dərəcədə əsaslıdır?
Avtosfer.az-ın məlumatına görə, “Globalinfo”ya danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, paytaxtda 10-15 və ya 20 il əvvəl inşa edilmiş bəzi binaların yerləşdiyi ərazilər bu gün müasir şəhərsalma konsepsiyasının tələblərinə tam cavab vermir və yeni infrastruktur layihələrinin həyata keçirilməsində müəyyən çətinliklər yarada bilir:
“Bu baxımdan belə məsələlərin zaman-zaman gündəmə gəlməsi təbiidir. Dünya təcrübəsində də oxşar hallara rast gəlinir. Bəzən dövlət və ya özəl obyektlər sonradan həyata keçirilən şəhərsalma və infrastruktur layihələrinə maneə yaratdığı üçün onların sökülməsi və ya təyinatının dəyişdirilməsi ilə bağlı qərarlar qəbul olunur”.
Ramil Osmanlının sözlərinə görə, Mərkəzi Bankın köhnə inzibati binası şəhərin mərkəzində yerləşdiyindən həmin ərazi ilə bağlı planlar aidiyyəti qurumlar tərəfindən müəyyən edilir:
“Bakı şəhərinin Baş Planı, regionların sosial-iqtisadi inkişaf proqramları və paytaxtda həyata keçirilən infrastruktur layihələri nəzərə alınmaqla gələcəkdə həmin binanın taleyi ilə bağlı müxtəlif qərarlar qəbul oluna bilər. Lakin hazırda bu binanın sökülüb-sökülməyəcəyi ilə bağlı hər hansı rəsmi məlumata malik deyiləm. Əgər belə bir məsələ gündəmdədirsə, bununla bağlı məlumatlar aidiyyəti dövlət qurumlarında, xüsusilə şəhərsalma və memarlıq sahəsinə cavabdeh qurumlarda ola bilər. Nəzəri baxımdan belə bir qərarın qəbul edilməsi mümkündür. Ancaq bunun reallaşıb-reallaşmayacağını indidən söyləmək çətindir”.
Ekspert hesab edir ki, Mərkəzi Bankın köhnə binası şəhərsalma baxımından paytaxtın inkişafına ciddi maneə yaradan obyektlərdən deyil:
“Ola bilsin, layihələndirmə və ya istismar prosesində müəyyən texniki çatışmazlıqlar yaranıb. Məsələn, vaxtilə binanın pəncərələrinin açılmaması və havalandırma sisteminin səmərəliliyi ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Həmçinin bildirilirdi ki, bəzi texniki həllər nəticəsində tavan hündürlüyü müəyyən qədər azaldılıb ki, bu da otaqların funksionallığına və rahatlığına təsir göstərib. Lakin binanın xarici görünüşünün, yerləşdiyi məkanın və ya ümumilikdə şəhər infrastrukturuna təsirinin peşəkar araşdırmalar aparılmadan problem kimi qiymətləndirilməsi doğru olmazdı. Ola bilər ki, hazırda müəyyən məhdudiyyətlər mövcuddur, amma binanın tikildiyi dövrdə belə problemlər olmayıb. Buna görə də məsələyə dair yekun qərarlar yalnız aidiyyəti dövlət qurumlarının apardığı araşdırmalar, şəhərsalma sənədləri və uzunmüddətli inkişaf planları əsasında verilməlidir”.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












