Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarının səbəbi

Xəbər verdiyimiz kimi, Bakının nəqliyyat yükünün azaldılması və sərnişinlərin metrodan daha rahat istifadə etməsi məqsədilə yeni addım atılıb. Belə ki, xətlərin ayrılması layihəsi çərçivəsində “Xocəsən” və “Avtovağzal” stansiyalarına girişin müvəqqəti olaraq ödənişsiz olmasına qərar verilib.
Bu addım şəhərin nəqliyyat yükünün və tıxacların azalmasına təsir göstərəcəkmi?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli hesab edir ki, bu qərar o istiqamətdən gələn insanların büdcəsinə qənaət etməyə imkan verəcək:
“Abşeron, Sumqayıt, Xocəsən və Xırdalan istiqamətindən, eləcə də digər ərazilərdəm gələn insanlar üçün müəyyən qədər büdcəyə qənaət etmək mümkün olacaq. Bu da öz növbəsində həmin insanların bir dəfə avtobus üçün ödəniş etməklə metro vasitəsilə şəhərin digər istiqamətlərinə rahat çatmasına şərait yaradacaq. Yəni insanların iki dəfə deyil, bir dəfə ödəniş edəcəklər”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə deyib ki, bu qərar mövcud şəbəkədə yüklərin paylanmasına təsir edəcək:
“Yəni “20 Yanvar”a yönələn sərnişinlərin “Avtovağzal” üzərindən səfərinin təşkilinə təsir göstərəcək. Digər tərəfdən, insanlar üçün alternativ bir təklif formalaşacaq. Belə ki, bu ərazidə avtomobili park edib, səfəri şəhər daxilində ictimai nəqliyyat, xüsusilə metro ilə davam etdirmək mümkün olacaq. Məsələni “Park and Ride” sisteminin ilk nümunələrindən biri kimi qiymətləndirmək olar. Bu, şəhərə avtomobillə girişin əvəzinə ictimai nəqliyyatdan istifadəni təşviq edəcək”.
Ekspertin fikrincə, Bənövşəyi xəttin “8 Noyabr” stansiyasına ekspress xətlərin də əlaqələndirilməsinə ehtiyac olacaq:
“Məsələn, Gənclikdən “8 Noyabr”a birbaşa, “28 May”dan “8 Noyabr”a birbaşa xətlərin təşkil edilməsi mümkündür. Bu, Bənövşəyi xətt üzrə əks istiqamətdə də sərnişin axınının formalaşmasına və doluluğun təmin edilməsinə imkan verəcək. Bənövşəyi xətt hazırda Xocəsən avtovağzalından keçərək “8 Noyabr” stansiyasına qədər gəlir. Bu xəttin də mövcud imkanlarından istifadə etməklə sərnişin sıxlığının təmin edilməsi və mövcud yükün bölüşdürülməsi istiqamətində ciddi töhfə vermək olar. Yəni insanlara mövcud infrastruktur daxilində alternativ formalaşar. Tıxacları keçməklə daha sürətli və komfortlu hərəkət etmək imkanı yaranar”.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












