Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA

May ayında ölkə ərazisində normadan artıq yağıntılar müşahidə olundu.
Bəs intensiv və uzunmüddətli yağıntılar ekologiyaya necə təsir göstərir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Ənvər Əliyev bildirdi ki, bu yağıntının ekologiyaya təsiri Bakı kimi quru subtropik, yarımsəhra və quru çöl iqlim şəraitinə malik şəhər üçün müsbətdir:
"Burada sel sularının yaratdığı antropogen təsiri, insanların vəziyyəti düzgün qiymətləndirməməsini və düzgün inşaat işləri aparılmamasından yaranan problemləri kənara qoyuruq. Bunlar ayrı məsələlərdir. Təbiət bu şəhərə gözəl bir yaşıllıq bəxş edib. Ağaclar təzədən pöhrələyib. Vegetasiyanın ən aktiv dövründə adətən su çatışmazlığı ilə üzləşən bitkilər bu dəfə demək olar ki, su və rütubət tələbatlarını tam şəkildə ödəyə bildilər. Ot örtüyü də çox yaxşı vəziyyətdədir, yaşıl kütlənin həcmi əhəmiyyətli dərəcədə artıb. Bir sözlə, mən hesab edirəm ki, şəhərin yaşıllaşdırılmasına cavabdeh qurumlar normadan dəfələrlə artıq vəsait xərcləsəydilər belə, təbiətin yaratdığı bu nəticəni əldə etmək çətin olardı. Respublikanın digər bölgələrində də bunun müsbət nəticələri müşahidə olunur. Məsələn, bəzi ərazilərdə ot ehtiyatları artıb, fitokütlənin ciddi şəkildə çoxaldığı hiss olunur. Adətən belə dövrlərdə Aran rayonlarında yağıntı az olurdu. Lakin bu dəfə vəziyyət fərqlidir. Yenə də qeyd edirəm ki, müşahidə olunan bəzi neqativ hallar əsasən insan fəaliyyəti ilə bağlıdır. Mövcud risklərin vaxtında qiymətləndirilməməsi müəyyən problemlər yaradıb. Ümumilikdə isə mən bu yağıntıların ekologiyaya çox müsbət təsir göstərdiyini düşünür və belə qiymətləndirirəm".
Müsahibimiz vurğuladı ki, daha yaxşı olardı ki, bu yağıntılar hissə-hissə düşəydi:
"Məsələn, hər 10-15 gündən bir sakit şəkildə yağış yağsaydı və bu proses yayın ortalarına qədər davam etsəydi, nəticələr daha da faydalı olardı. Təəssüf ki, hazırda bu yalnız arzu olaraq qalır. Bundan sonra hava şəraitinin necə olacağını isə demək çətindir. Bəzi Aran rayonlarında qrunt sularının səviyyəsi də müəyyən qədər yüksəlib. Xüsusilə Salyan rayonunda bəzi təsərrüfatlara, tikililərə və yaşayış evlərinə bunun təsiri hiss olunub. Buna görə də müəyyən problemlər yaranıb. Ancaq ümumi mənzərəyə baxdıqda ən maraqlı və müsbət hadisələrdən biri Kür çayının deltası ərazisində baş verdi. Orada vaxtilə qurulmuş bir bənd mövcud idi və həmin bənd balıqların miqrasiyasına mane olurdu. Nəticədə balıqların hərəkəti məhdudlaşır, onların təbii çoxalma prosesinə maneələr yaranırdı. Sel suları həmin bəndi dağıtdı və bunun nəticəsində balıqlar yenidən Kür çayı boyunca, hətta Mingəçevir su anbarına qədər sərbəst miqrasiya etmək imkanı qazandı. Bu isə onların kürü tökməsi, çoxalması və təbii populyasiyasının bərpası üçün əlverişli şərait yaratdı. Beləliklə, Kür boyu balıq ehtiyatlarının miqrasiyası yenidən təmin olundu. Bu amil gələcəkdə balıq ehtiyatlarının artmasına, yeni nəslin formalaşmasına və ümumilikdə ekosistemin sağlamlığının yaxşılaşmasına müsbət təsir göstərəcək".
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?
Qonşu ölkədə nəqliyyatın hamilələr üçün pulsuz olması təklif edilir
Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi - VİDEO
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
Bu ərazilərdə yaşayanlara şad xəbər - Sabahdan…










